Dünyanın ən çox qazanan AKTYORLARI
Dünyanın ən çox qonorar alan aktyorlarının siyahısı açıqlanıb.
Far.Az-in araşdırmasına görə, Forbes və digər nüfuzlu mənbələrin məlumatına əsasən, 2024-cü ildə ən yüksək qazanc əldə edən aktyor Dueyn Conson olub.
O, Amazon-un Red One filmindəki müqaviləsi və Moana 2 layihəsindəki iştirakı sayəsində 88 milyon dollar qazanıb.
Siyahıda ikinci yerdə Rayan Reynolds qərarlaşıb. O, Deadpool & Wolverine filmindəki rolu və prodüserlik fəaliyyəti ilə 85 milyon dollar gəlir əldə edib.
Üçüncü yerdə Kevin Hart yer alıb. O, müxtəlif film layihələri, stand-up şouları, podkast və reklam gəlirləri hesabına 81 milyon dollar qazanıb.
Jerry Seinfeld 60 milyon dollar, Hyu Cekman isə 50 milyon dollar gəlir əldə edərək siyahının davamında yer alıblar.
Digər məşhurlar arasında Bred Pitt (32 milyon dollar), Corc Kluni və Nikol Kidman (hər biri 31 milyon dollar), həmçinin Adam Sendler və Uill Smit (hər biri 26 milyon dollar) var.
Mütəxəssislərin fikrincə, bu aktyorların qazancının əsas hissəsi filmlərlə yanaşı prodüserlik, ssenaristlik və müxtəlif kommersiya fəaliyyətlərindən əldə edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dünyanın ən varlı aktyorları
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













