Həkimlər şokda: İnsanın ölümünü üzündə göstərən əlamətlər
Üzünüzdəki bu əlamətlər ölümcül xəstəliklərdən xəbər verir.
Far.Az xəbər verir ki, amma insanların 90%-i onları görməzlikdən gəlir
Dərinin və göz ağlarının saralması
Bu hal çox vaxt qaraciyər və öd yollarının ciddi xəstəliklərinə işarə edir. Sarılıq hepatit, sirroz və ya onkoloji xəstəliklərlə bağlı ola bilər. Belə dəyişiklikləri görməməzlikdən gəlmək olduqca təhlükəlidir – dərhal həkimə müraciət olunmalıdır.
Üzün və göz qapaqlarının şişməsi
Şişkinlik çox vaxt yuxusuzluq və ya duzun artıq istifadəsi ilə əlaqələndirilir. Amma mütəmadi olaraq təkrarlanırsa, bu, böyrək, ürək-damar sistemi və ya qalxanabənzər vəz problemlərinin əlaməti ola bilər. Xüsusilə səhərlər yaranan şişkinlik, sidikdə dəyişiklik və halsızlıqla müşayiət olunursa, daha da narahatedicidir.
Qırmızı və ya tünd ləkələr
Üzdə səpgilər, qızartılar və iltihabi ləkələr yalnız allergiya ilə bağlı olmur, həm də sistemli qırmızı qurd eşənəyi kimi autoimmun xəstəliklərin simptomu ola bilər. Yanaq və burun nahiyəsində davamlı qızartı isə damarlarla bağlı problemlərə işarə edə bilər.
Dodaq künclərində çatlar
Bu, kiçik bir narahatlıq kimi görünsə də, çox vaxt B qrupu vitaminlərinin və ya dəmirin çatışmazlığını göstərir. Ağır hallarda anemiya və ya şəkərli diabetin əlaməti ola bilər.
Göyərmiş dodaqlar
Dodaqların göyərməsi qanda oksigen çatışmazlığını göstərir. Bu, çox vaxt xroniki ağciyər və ya ürək-damar xəstəlikləri ilə əlaqələndirilir. Əgər bu hal mütəmadi təkrarlanırsa, təcili tibbi müayinəyə ehtiyac var.
Gözaltı qara kölgələr
Çox vaxt yorğunluqla əlaqələndirilsə də, davamlı qara halqalar böyrək, qaraciyər və ya endokrin sistem xəstəliklərinin göstəricisi ola bilər.
Niyə bu dəyişikliklərə diqqət etmək vacibdir?
Orqanizm həmişə problemlər barədə siqnal verir və üz – ən erkən göstəricilərdən biridir. Həkimlər bildirirlər ki, xəstəliyin erkən diaqnostikası hətta ən təhlükəli hallarda belə uğurlu müalicə şansını əhəmiyyətli dərəcədə artırır.
Nə etməli?
Özbaşına müalicə aparmaq və ya bu əlamətləri stress və ya yaşlanma ilə əlaqələndirmək olmaz. Ən yaxşı yol terapevt həkimə müraciət etmək, analizlər vermək və lazım gələrsə, müvafiq mütəxəssisə yönləndirilməkdir.
Unutmayın: sağlamlıq çox vaxt üzünüzdə əks olunur. Bu siqnallara diqqət yetirmək həyatınızı xilas edə bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Birdən-birə çəki dəyişikliyi və digər əlamətlər – Endokrinoloqa getmək zamanıdır
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir
-
DMM: Bəziləri Türkiyənin dövlət qurumlarının işinə kölgə salmağa çalışır
-
"Bloomberg": ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər
-
İTV-yə yeni baş direktor nə vaxt seçiləcək? - Telekanal rəsmisindən AÇIQLAMA
-
Azərbaycanda "Kipr günləri" keçiriləcək
-
Ərdoğan Kanadanın Baş nazirini Türkiyəyə dəvət edib













