Gəncə, Göygöl, və Goranboyda məktəb direktorları vəzifəsinə təyinatlar olub
Far.Az xəbər saytı

Gəncə, Göygöl, və Goranboyda məktəb direktorları vəzifəsinə təyinatlar olub


Gəncə şəhər 38 nömrəli tam orta məktəbin direktoru Ləman Həsənova şəhərin N.Gəncəvi adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Gəncə şəhər 35 nömrəli ümumi orta məktəbin direktoru İlhamə Tağıyeva Gəncə şəhər 33 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb. Gəncə şəhər 32 nömrəli məktəbin direktoru Tutu Hüseynova şəhərin İ.Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə, Göygöl rayonu Fəxrəddin İmamquliyev adına Yalqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Natiq Əmirov Samux rayonu İnstitut qəsəbə tam orta ümumtəhsil məktəbinə, Goranboy rayonu Hilal Abdullayev adına Nərimanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Eşqin Axundlu Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinə, Goranboy şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Əfsəl Dünyamalıyev rayonun Hazırəhmədli kənd tam orta ümumtəhsil məktəbinə direktoru vəzifəsinə, Göygöl rayonu Keşkü kənd tam orta ümumtəhsil məktəbinin direktoru Eldəniz Səttarov vəzifəsindən rayonun Cavanşir Nazarov adına Balçılı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyinat alıblar.

Oxşar xəbərlər

Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Məktəblərdə psixoloqların fəaliyyəti qaneedicidir?
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər