Ağaran və tökülən saçların səbəbi məşhur içkilər ola bilər
Far.Az xəbər saytı

Ağaran və tökülən saçların səbəbi məşhur içkilər ola bilər


Saçların tökülməsi və erkən ağarmasının səbəbləri təkcə genetika və hormonlarla məhdudlaşmır.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-də aparılan genişmiqyaslı araşdırma göstərib ki, həddindən artıq qazlı içki və alkoqol qəbulu saç sağlamlığını ciddi şəkildə poza bilər.

Məlumata görə, alimlər 7–77 yaş arası 61 mindən çox insanın iştirak etdiyi 17 müxtəlif qidalanma tədqiqatını analiz ediblər. Nəticələr göstərib ki, həftə ərzində 3,5 litrdən artıq qazlı içki içən kişilərdə saç tökülməsi riski nəzərəçarpacaq dərəcədə artır.

Şəkərli içkilərin təsiri bununla bitmir: onlar baş dərisində yağ istehsalını artıraraq məsamələri tıxayır, bakteriyaların çoxalmasına şərait yaradır və saç follikullarını zəiflədir.

Araşdırmalar həmçinin sübut edib ki, alkoqolun həddən artıq istifadəsi saçların həm tökülməsinə, həm də erkən ağarmasına səbəb olur. Çünki alkoqol bədəni susuzlaşdırır, vitamin-mineral mənimsənilməsini azaldır və hormon balansını pozur.

Mütəxəssislər vurğulayırlar ki, sağlam saç üçün yalnız kosmetik vasitələrə deyil, həm də qidalanmaya diqqət yetirmək lazımdır. Bu sahədə D vitamininin rolu xüsusilə önə çəkilir – yüksək səviyyədə qəbul edildikdə saçların sağlam qalmasına ciddi dəstək verir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Saç tökülməsini dayandırmağın YOLLARI
Bu məşhur içkilər kişilərdə keçəlləşmə yaradır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər