Azərbaycan Bolqarıstanla qaz sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan və Bolqarıstan arasında təbii qaz sahəsində əməkdaşlıq və "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib.
Far.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr energetika naziri Pərviz Şahbazovun Antalyada COP31 çərçivəsində Bolqarıstanın energetika naziri İva Petrova ilə görüşündə aparılıb.
Bildirilib ki, dəhliz üzrə birgə müəssisənin yaradılması və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanması məsələləri nəzərdən keçirilib. Layihənin yeni bərpa olunan enerji güclərinin inkişafına və Azərbaycanda istehsal edilən elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına çıxarılmasına imkan yaradacağı qeyd olunub. Avropa şirkətlərinin layihələrdə iştirakı, maliyyələşdirmə və texnoloji əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.
Nazir Pərviz Şahbazov həmçinin Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə ikitərəfli görüş keçirib. Görüşdə isə COP29-un enerji təşəbbüslərinin hazırlanmasına IEA-nın dəstəyi yüksək qiymətləndirilib.
Görüşdə elektrikləşmənin enerji keçidində artan rolu, bu istiqamətdə Azərbaycanla IEA arasında əməkdaşlıq və birgə aparılmış işlərin yeni prioritetlərə uyğun nəzərdən keçirilməsi imkanları müzakirə edilib. Həmçinin enerji təhlükəsizliyinin təmin olunmasında təbii qazın roluna, yaşıl enerji dəhlizlərinin elektrikləşmənin genişlənməsi üçün yaratdığı imkanlara toxunulub. Azərbaycanın elektrikləşmə gündəliyi üzrə IEA ilə dialoqunun və texniki əməkdaşlığının davam etdirilməsi məsələləri nəzərdən keçirilib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













