Metronun çıxışında çiyin-çiyinə toqquşduğu şəxsi bıçaqladı, 9 il həbs cəzası aldı
Far.Az xəbər saytı

Metronun çıxışında çiyin-çiyinə toqquşduğu şəxsi bıçaqladı, 9 il həbs cəzası aldı


Bakı Ağır Cinayətlər Məhkəməsi 19 fevral 2017-ci ildə Koroğlu metrostansiyası yaxınlığında baş verən bıçaqlı hücumla bağlı hökm çıxarıb.

BAKU.WS-in məlumatına görə, 1991-ci il təvəllüdlü təqsirləndirilən şəxs Elnur Rəhimov (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.

Hadisə 19 fevral 2017-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən Koroğlu metrostansiyasının çıxışının yaxınlığında baş verib. Təqsirləndirilən şəxs Elnur Rəhimov və onun tanışı Zakir Məmmədov (ad və soyad şərtidir) metrostansiyanın içərisində yaranmış sıxlıq səbəbindən zərərçəkmiş şəxslərdən biri ilə təsadüfən toqquşub. Bu, cüzi bir səbəb kimi bəhanə edilərək mübahisəyə çevrilib.

Təqsirləndirilən şəxs bıçaqdan istifadə edərək zərərçəkmiş şəxsə həyat üçün təhlükəli xəsarətlər yetirib (qarın və sağ said nahiyələrinə). Nəticədə onun döş qəfəsi, bud və dirsək nahiyələrinə ağır xəsarətlər vurulub.

Tibbi ekspertizalar və videomüşahidələr cinayəti təsdiqləyib. İş 2017-də başlayıb, 2022-də bərpa olunub, təqsirləndirilən 2023-cü ildə tutulub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Məcburi köçkün düşən, yaralanan, girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər
Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər