Millimizin 77 milyonluq rəqibi - Əksəriyyəti legioner həyatı yaşayır
Far.Az xəbər saytı

Millimizin 77 milyonluq rəqibi - Əksəriyyəti legioner həyatı yaşayır


Azərbaycan və İslandiya milliləri bu gün 2026-cı il Dünya Çempionatının vəsiqə uğrunda ilk matçına çıxacaq.

Far.Az-in məlumatına görə, millimizin heyəti və bazar dəyəri 18,05 milyon avro təşkil edir.

Komandada legionerlərin sayı çox deyil. Yığmanın ən bahalı futbolçusu "Qarabağ"da top qovan və transfer dəyəri 2 milyon avro olan Nəriman Axundzadədir.

Rəqib İslandiya millisinin ümumi dəyəri isə 77,05 milyon avro təşkil edir. Komanda üzvlərinin əksəriyyəti legionerlərdən ibarətdir.

İslandiya yığmasının ən bahalı beş futbolçusu:

Hakon Arnar Haraldsson – 18 milyon avro (Fransa, "Lille")

Albert Gudmundsson – 18 milyon avro (İtaliya, "Fiorentina")

İsak Johannesson – 7 milyon avro (Almaniya, "Köln")

Kristian Hlynsson – 4 milyon avro (Niderland, "Twente")

Villum Thor Willumsson – 3,8 milyon avro (İngiltərə, "Birmingham City")

Komandada, həmçinin İtaliya "Genoa", İsveç "Djurgården", İngiltərə "Preston North End" və Almaniya "Hertha Berlin" kimi klublarda çıxış edən futbolçular da var.

Oxşar xəbərlər

SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Bu günün valyuta məzənnələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər