Qərbi Azərbaycan Xronikası: Paşinyan azərbaycanlıların qayıdacağı "yeni Ermənistan"ı qurmalıdır
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Far.Az xəbər verir ki, "Qərbi Azərbaycan məsələsi Bakının gündəmindən çıxmayıb" adlı süjetdə bu il avqustun 8-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilən görüşündən və əldə olunan razılaşmalardan bəhs olunur.
Bildirilir ki, bu görüş tarixi əhəmiyyətə malikdir: "Vaşinqton razılaşmasında ən mühüm məqam Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü bütün tələblərin qəbul edilməsidir. Bu, imzalanan Birgə Bəyannamədə öz əksini tapır".
Qeyd olunur ki, yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması zəruridir.
Vurğulanır ki, Ermənistan sülh sazişinin önündəki əsas maneə olan Konstitusiya dəyişikliyini gələn il həll etməyi planlaşdırır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qlobal media Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında görüşü diqqət mərkəzində saxlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













