Keçmiş qayınata toyda müğənni gəlinini döydü
Far.Az xəbər saytı

Keçmiş qayınata toyda müğənni gəlinini döydü


Qazaxıstanın Zaqambar kəndində müğənni Azodanın döyülməsi ilə bağlı yeni detallar açıqlanıb. Hadisə avqustun 31-də baş verib.

Far.Az xəbər verir ki, bu barədə müğənninin nümayəndəsi "StarHit"-ə danışıb.

Məlumata görə, Azoda toyda çıxış etmək üçün dəvət edilib, lakin keçmiş qayınatası ilə qarşılaşması gözlənilməz olub.

Eks gəlin-qayınata beş ildən çoxdur ki ünsiyyətdə deyillərmiş. Müğənni nə keçmiş ailəsi ilə əlaqə saxlayıb, nə də aliment alıb.

"Azoda özü də bilmir, səbəb nədir. Onlar uzun müddətdir görüşmürdülər. O, niyə birdən-birə onu döymək qərarına gəldi? Biz də anlamırıq", - deyə müğənninin köməkçisi bildirib.

Hadisədən dərhal sonra Azoda polisə müraciət edib, lakin hüquq-mühafizə orqanlarının reaksiyası olmayıb. Bundan sonra o, vəkilə üz tutaraq məsələni sosial şəbəkələrdə ictimailəşdirib. Nəticədə sentyabrın 3-də müğənninin keçmiş qayınatası saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Azoda müalicə olunur. Ona beyin silkələnməsi diaqnozu qoyulub.

Qeyd edək ki, yerli polis artıq həmin şəxs barəsində "Döymə" maddəsi ilə cinayət işi açıldığını açıqlayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər