Kəlbəcərdə maşın aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB
Far.Az xəbər saytı

Kəlbəcərdə maşın aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB


Sentyabrın 1-i səhər saat 5 radələrində Kəlbəcər rayon Polis Şöbəsinə rayonun Vəng kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

DİN-in Mətbua Xismətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov Far.Az-ya bildirib ki, polis əməkdaşları sözügedən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, R. İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Rəsul Quliyev hadisə nəticəsində ölüb, digər sərnişin Mübarək Nəcəfov müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

10.12

Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Far.Az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Vəng kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21099” markalı mınik maşını idarəetmədən çıxaraq aşıb. Vəng kəndində tikinti şirkətlərindən birində çalışan sürücü, 1979-cu il təvəllüdlü Rəsul Quliyev hadisə nəticəsində ölüb.

Avtomobildə olan sərnişin M. Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırma gedir.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Kəlbəcərdə maşın aşıb, ölən və xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər