TRIPP Orta Dəhlizin imkanlarını genişləndirəcək
Tramp Körpüsü (TRIPP) Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin mühüm elementidir və xüsusilə də uzun müddət məsafə ilə ayrılmış Azərbaycan bölgələrinin birləşdirilməsinə xidmət edir.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, ABŞ İqtisadi maliyyələşdirmə korporasiyasının icraçı direktoru Kennet Agnel ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrinin Azərbaycana səfərinin yekunlarına dair keçirdikləri birifinqdə deyib.
Onun sözlərinə görə, təxminən 42 kilometr uzunluqda olacaq bu birləşdirici marşrutun yaradılması həmin əraziləri bir araya gətirməklə yanaşı, Orta Dəhliz üçün də yeni imkanlar açacaq: "Orta Dəhlizin əsas məqsədi malların Şərqlə Qərb arasında – Avropadan Çinə və əks istiqamətdə – daha sürətli və səmərəli daşınmasını təmin etməkdir. Qeyd etmək lazımdır ki, bu, sıfır nəticəli bir proses deyil. Qazaxıstandan Azərbaycana və oradan Gürcüstana keçərək Qara dəniz limanlarına çıxan Orta Dəhliz marşrutu ilə, Qazaxıstandan Azərbaycana və daha sonra Türkiyə üzərindən keçən alternativ marşrut bir-birini tamamlamaqdadır. Hər iki yol üçün kifayət qədər ticarət həcmi mövcuddur. Əslində isə TRIPP bağlantısı Avrasiya üzrə malların hərəkəti üçün sadəcə olaraq əlavə və strateji bir nəqliyyat dəhlizi rolunu oynayacaq".
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













