Bakıda 29 yaşlı kişi təzə evləndiyi arvadını boşanmaq istədiyi üçün küçədə döydü
Bakıda 29 yaşlı kişi dörd ay əvvəl evləndiyi həyat yoldaşını küçədə döyüb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
1996-cı il təvəllüdlü Famil Qasımov (adı və soyadı şərtidir) bu ilin aprel ayında ailə həyatı qurub. O, bir müddət həyat yoldaşı ilə normal münasibətdə olsa da, qızın valideynlərinin müdaxilələrindən sonra cütlük arasında mübahisə yaranıb. Nəticədə F.Qasımov həyat yoldaşından ayrı yaşamaq qərarına gəlib.
Bir neçə gün öncə Famil həyat yoldaşına zəng edərək onunla görüşüb münasibətləri düzəltmək istəyib. Onlar metronun "Həzi Aslanov" stansiyası yaxınlığında görüşüb söhbət etmək istəsələr də, həyat yoldaşı Famildən ayrılmaq qərarı verdiyini bildirib. O, Famildən məhkəməyə boşanma ərizəsi verməsini istəyib.
Tərəflər arasında yenidən mübahisə başlayıb və Famil həyat yoldaşının baş və bədən nahiyələrinə yumruq zərbələri endirib.
Qadın məsələ ilə bağlı polisə məlumat verib. Polis əməkdaşları hadisə yerinə gəliblər və Famil saxlanılaraq polis şöbəsinə aparılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə F.Qasımov 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













