Bakıda qızılın qiyməti rekord həddə BAHALAŞIB
Far.Az xəbər saytı

Bakıda qızılın qiyməti rekord həddə BAHALAŞIB


Bakıda qızıl bazarında qiymətlər son illərin ən yüksək həddinə çatıb.

Paytaxtda qızıl satışı ilə məşğul olan zərgər Aqil İsmayılov BAKU.WS-ə bildirib ki, hazırda 585 əyar (Türk qızılı) 140–145 manat, 750 əyar (İtalyan qızılı) isə 171–190 manat arasında dəyişir.

Onun sözlərinə görə, qiymətlərin rekord həddə qalxması alıcılığa ciddi təsir edib:

"Qızılın qiyməti indiyədək görünməmiş səviyyəyə yüksəlib. Buna görə də alıcıların sayı azalıb. İnsanlar daha çox baxır, maraqlanır, amma alış etməyə tərəddüd edirlər. Satış həcmi əvvəlki illərlə müqayisədə xeyli zəifləyib."

Zərgər əlavə edib ki, qızıl ənənəvi olaraq həm bəzək, həm də sərmayə vasitəsi kimi alınsa da, bahalaşma fonunda alıcılar əsasən kiçik qramajlı zinət əşyalarına üstünlük verirlər.

Qeyd edək ki, dünya bazarında da qızılın qiyməti artmaqda davam edir. Bu isə Azərbaycandakı daxili bazara birbaşa təsir göstərir.

Orxan Hüseyn

Oxşar xəbərlər

Məhərrəm ayında qızılın qiyməti UCUZLAŞACAQ? - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İndiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır: Pandemiyadan sonra enməyən qiymət - FOTO - ARAŞDIRMA
Assosiasiya: Gələn il qızılın 1 unsiyası 3 000 dollara qədər bahalaşa bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər