Məhərrəm ayında qızılın qiyməti UCUZLAŞACAQ? - AÇIQLAMA
Far.Az xəbər saytı

Məhərrəm ayında qızılın qiyməti UCUZLAŞACAQ? - AÇIQLAMA


Hazırda Azərbaycanda qızıl alqı-satqısı bazarında ən çox tələb olunan növlər 585 və 750 əyar qızıllardır.

Far.Az-in məlumatına görə, alıcılar daha çox bu növ zinət əşyalarına üstünlük verir, çünki həm keyfiyyət, həm də qiymət baxımından daha münasib hesab olunurlar.

Bazardakı mövcud qiymətlər belədir:

585 əyar qızıl (Türk qızılı) – 130-135 manat arası

750 əyar qızıl (İtalyan qızılı) – 150-170 manat arası

Satıcıların bildirdiyinə görə, 585 əyar qızıl daha çox gündəlik istifadə üçün seçilir. 750 əyar isə toylarda, nişanlarda və hədiyyələrdə üstünlük verilən daha yüksək keyfiyyətli variantdır.

Mütəxəssislər bildirirlər ki, qiymətlər hazırda stabil qalır və ciddi dəyişiklik gözlənilmir, çünki qiymət artımı və ya enməsi əsasən beynəlxalq bazarlardan asılıdır.

Məhərrəm ayında qızılın qiyməti ucuzlaşa bilərmi?

Bakıda qızıl satışı ilə məşğul olan zərgər Aqil İsmayılov Far.Az-ə bildirib ki, Azərbaycanda bu ayda toy, şənlik və digər əyləncələr keçirilmədiyi üçün qızıl-zinət əşyalarına olan yerli tələbat bir qədər azalır. Lakin bu azalma qızılın qiymətinə birbaşa təsir göstərmir:

"Səbəb isə sadədir: qızılın qiyməti əsasən dünya bazarlarında – xüsusilə Londonda və Nyu-Yorkda tənzimlənir. Yəni Azərbaycanda toy bazarının səssizləşməsi, ümumilikdə beynəlxalq qızıl qiymətlərinə təsir edə bilməz.

Bu baxımdan, Məhərrəm ayında yerli satış azalması müşahidə olunsa da, qızılın qiymətində ciddi ucuzlaşma gözlənilmir. Qiymət əsasən qlobal iqtisadi və maliyyə amillərlə formalaşdığı üçün sabit qalması daha real görünür".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İndiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır: Pandemiyadan sonra enməyən qiymət - FOTO - ARAŞDIRMA
Assosiasiya: Gələn il qızılın 1 unsiyası 3 000 dollara qədər bahalaşa bilər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər