İran ordusunun generalı: ABŞ quru əməliyyatına cürət etməyib
Far.Az xəbər saytı

İran ordusunun generalı: ABŞ quru əməliyyatına cürət etməyib


ABŞ və İsrail İrana qarşı quru əməliyyatına cürət etməyib.

"Far.Az" xəbər verir ki, bunu İran ordusunun rəsmi nümayəndəsi, briqada generalı Əmir Əkrəminiya yerli telekanala müsahibəsində açıqlayıb.

"Düşmən quru əməliyyatına cürət etməyib", - o bildirib və əlavə edib ki, quru qoşunları ABŞ-nin region ölkələrindəki bazalarına "Fəcr" və "Fəth" raketləri ilə zərbələr endirib və quru müdaxilədən çəkindirib.

Onun sözlərinə görə, sərhədlərin qorunması üçün ordunun quru qoşunları tərəfindən görülən ehtiyat tədbirləri əhəmiyyətli idi: "Çəkindirici mühüm amillərdən biri, sərhədlərin təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayan ordunun İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ilə birlikdə yüksək hazırlığı idi".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparmağa çalışıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər