Prezident Administrasiyasının rəhbəri səs verib
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev sentyabrın 1-də 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.
APA xəbər verir ki, bu seçki məntəqəsində də yüksək seçici fəallığı müşahidə olunurdu.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunub. Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Parlament seçkilərində səsvermə hüququna malik vətəndaşların sayı 6 milyon 421 min 960 nəfərdir.
İşğaldan azad olunmuş ərazilərdə 54 seçki məntəqəsi yaradılıb.
Seçki prosesini 598 beynəlxalq müşahidəçi izləyir. Yerli müşahidəçilərin sayı isə 112 min 749 nəfərdir.
Səsvermə saat 19:00-da başa çatacaq.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Azərbaycanda parlament seçkilərində səsvermə başlayıb
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI













