"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
"OpenAI" "Apple" şirkətini ticarət sirri məlumatlarını oğurlamaqda və özünün gələcək cihazlarının inkişafına mane olmaq üçün aparat təchizatçılarına təzyiq göstərməkdə ittiham edərək, ona qarşı iddia qaldırıb.
"Far.Az"un "Reuters"ə istinadən məlumatına görə, iddia Kaliforniya federal məhkəməsində, əvvəllər "OpenAI"ı keçmiş işçilərindən əldə olunan məxfi məlumatlardan sui-istifadədə ittiham edən "Apple" tərəfindən verilən iddiaya cavab olaraq qaldırılıb.
"OpenAI" iddia edir ki, "Apple" onun keçmiş işçisini işə götürdükdən sonra yeni cihaz və gələcək aparat məhsulları üçün planlar haqqında məxfi məlumatlara çıxış əldə edib. Şirkətin iddiasına görə, o, altı ay işləyib və bu məlumatlara çıxış əldə edib.
Bundan əlavə, "OpenAI" iddia edir ki, "Apple" "ChatGPT" ilə işləyən təchizatçılara təzyiq göstərmək üçün bazar mövqeyindən sui-istifadə edir. Şirkət həmçinin "Apple"i keçmiş işçilərinin şəxsi cihazlarına və hesablarına işdən çıxarıldıqdan sonra girişi saxlamaqda ittiham edib.
"Apple" "OpenAI"ın əks iddialarını diqqəti ilkin iddiadan yayındırmaq cəhdi adlandıraraq, ittihamları rədd edib.
Oxşar xəbərlər
Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Konstitusiya Məhkəməsi: Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə bilər
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
Axtarışda olan şəxs Novxanıda saxlanılıb
-
"Bank of Baku"nun sədrinin səlahiyyət müddəti uzadıla bilər
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır













