AZAL işçilərinin sayını 13 %-ə yaxın artırıb
2025-ci ilin yekununda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) əməkdaşlarının sayı 2024-cü ilin yekunu ilə müqayisədə 12,5 % artaraq 1 579 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə aviaşirkətin 2025-ci il üzrə Dayanıqlılıq hesabatında bildirilir.
Hesabata əsasən, işçilərin 931-i kişi, 648-i isə qadın olub. Əməkdaşların 39 %-i 30 yaşdan aşağı, 54 %-i 30-50 yaş aralığında, 7 %-i isə 50 yaşdan yuxarı şəxslərdir.
Ötən il AZAL-ın əməkdaşlarının peşəkar inkişafı istiqamətində də tədbirlər davam etdirilib. Belə ki, 2 000-dən çox əməkdaş "Sky Academy" platformasının təlim imkanlarından yararlanmaq hüququ əldə edib.
Şirkət 2025-ci ildə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə beynəlxalq təlim tərəfdaşlığı da qurub.
Hesabatda sosial inklüzivlik istiqamətində görülən işlərə də toxunulub. Bildirilib ki, AZAL Yay Təcrübə Proqramı çərçivəsində Milli Aviasiya Akademiyasının 35 tələbəsini işə cəlb edib, Zəngilan rayonundan isə 50 nəfəri işlə təmin edib.
Bundan başqa, şirkət autizmli şəxslərin məşğulluğunu dəstəkləmək məqsədilə "Birgə və Sağlam" İctimai Birliyi ilə əməkdaşlıq edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













