Sahibə Qafarova İsrailin Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Sentyabrın 11-də Milli Məclisin sədri Sahibə Qafarova İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edən spiker Sahibə Qafarova, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə dost və tərəfdaş ölkələrimiz arasında bir sıra ənənəvi sahələrdə olduğu kimi, yeni istiqamətlər üzrə də əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.
Söhbət zamanı, ölkələrimiz və xalqlarımız arasında müsbət münasibətlərin göstəricilərindən biri kimi, insanlar arasında əlaqələrin əhəmiyyəti qeyd edilərək, vurğulanıb ki, multikultural və tolerant bir ölkə kimi, Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və indi də yaşayırlar. Eyni zamanda, İsraildə fəaliyyət göstərən Azərbaycan icması, o cümlədən bu ölkədə yaşayan yəhudi əsilli soydaşlarımız da ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verirlər.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin də özünəməxsus rolu qeyd edilib. Spiker Sahibə Qafarova İsrail Knessetinin sədri Amir Ohana ilə cari ilin aprel ayında Özbəkistanda keçirilən görüşünü xatırladaraq, parlamentlərimiz arasında təmasların, qarşılıqlı səfərlərin, dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin əhəmiyyəti bir daha vurğulanıb. Spiker Sahibə Qafarov, Vaşinqton razılaşmaları üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, tərəflər arasında sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













