Azərbaycanlı futbolçu Cənubi Afrika klubunda - RƏSMİ
Far.Az xəbər saytı

Azərbaycanlı futbolçu Cənubi Afrika klubunda - RƏSMİ


Azərbaycanlı futbolçu Turan Manafov Cənubi Afrika Respublikasının "Stellenboş" klubunda çıxış edəcək.

BAKU.WS Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. O, 2 nömrəli formanı geyinəcək.

Manafov klubun mətbuat xidmətinə açıqlamasında təəssüratını bölüşüb:

"Stellenboş"a qoşulduğum üçün çox xoşbəxtəm. Klubun ideyaları və prinsipləri məni cəlb etdi. Ən yüksək səviyyədə rəqabət aparan komandada olduğum üçün həyəcanlıyam. Müşahidəmə əsasən deyə bilərəm ki, Cənubi Afrikada oyunlar Azərbaycandakı ilə müqayisədə daha sürətli keçirilir. Baxmayaraq ki, hər iki ölkənin yaxşı liqası var. Özümü sınamağı, çox sayda ulduzların yetişdiyi qitə yarışında oynamağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, T.Manafov Azərbaycanın U-21 millisinin sabiq üzvüdür. Onun son klubu "Kəpəz" olub.

Xatırladaq ki, Turan Manafovun yeni komandası "Stellenboş"da debütü yubanıb. Buna səbəb ölkədən iş icazəsini gec alması olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər