Kəlbəcərdə sərxoş çoban yıxıldı, oğlu fermerlərə silahla hücum etdi
Far.Az xəbər saytı

Kəlbəcərdə sərxoş çoban yıxıldı, oğlu fermerlərə silahla hücum etdi


Kəlbəcərdə çoban arıçı sahibkarlara silahla hücum edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonunun Qazıxanlı kəndi ərazisində yerləşən meşəlik sahədə baş verib.

Orada fərdi təsərrüfatda çoban işləyən Mehman Səlimov yaşadığı çadırda həddindən artıq spirtli içki qəbul edəndən sonra çomaqla ərazidə arıçılıqla məşğul olan fermerlərə hücum edib. O, təsərrüfat sahiblərini təhqir edərək, onlara tərəf gedərkən arxda yıxılıb və sifət nahiyəsindən xəsarətlər alıb.

Mehman həmin vəziyyətdə çadıra qayıdarkən onunla birlikdə çoban işləyən oğlu Tural Səlimov bunu görüb və atasının fermerlər tərəfindən döyüldüyünü zənn edib. O, çadırdan ov tüfəngini götürərək atəşə hazır vəziyyətdə fermerlərin üstünə hücum edib. Tural silahı fermerlərdən birinə tuşlayaraq atəş açmaq istəyərkən ərazidə olan fermer qadınlardan biri ona yaxınlaşaraq, onun atasını heç kimin döymədiyini, atasının sərxoş vəziyyətdə yıxıldığını bildirib.

Tural atəş açmaq fikrindən yayınıb və həmin qadınla birlikdə atasının olduğu çadıra gəlib. Məlum olub ki, atasını həqiqətən də heç kim vurmayıb və o özü yıxılıb. Bundan sonra Tural qadından üzr istəyərək onu yola salıb.

Hadisə nəticəsində Turalın tüfənglə nişan aldığı şəxs qorxudan epilepsiya keçirib və huşunu itirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanılıb.

Kəlbəcər Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub və zərərçəkmişin razılığı ilə təqsirləndirilən şəxs məsuliyyətdən azad edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər