Xankəndidə erməniəsilli şəxsin törətdiyi təxribatın GÖRÜNTÜLƏRİ
Bu gün Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Albertoviç Avanesyanın silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb.
Far.Az APA-ya istinadən xəbər verir ki, görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub. Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb.
Qeyd edək ki, Karen Avanesyan bu gün qabaqcadan gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.
K.Avanesyan hazırda həkim nəzarətindədir.
Oxşar xəbərlər
Xankəndinin erməni əsilli sakini polisə silahlı müqavimət göstərib, xəsarət alan var
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı ifşa edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Azərbaycandakı sığorta şirkətlərinin xalis mənfəətinin (zərərinin) məbləğinə görə renkinqi (Yanvar-mart, 2026)
-
Baş Şirvan kollektorunda timsah peyda olub?













