AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
15 sentyabr 2025-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL turizm gününə həsr olunmuş yeni endirim kampaniyasına start verir. Kampaniya çərçivəsində sərnişinlər AZAL-ın bütün beynəlxalq istiqamətlərinə aviabiletləri 35%-dək endirimlə əldə edə bilərlər.
Far.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Təklifdən yararlanmaq üçün biletləri 15 – 30 sentyabr 2025-ci il tarixlərində əldə edilməlidir. Endirim 1 – 31 oktyabr 2025-ci il tarixlərində həyata keçiriləcək uçuşlarda 35%-dək, 1 noyabr 2025 – 17 mart 2026-cı il tarixlərində isə 25%-dək tətbiq olunur.
Kampaniya AZAL-ın müntəzəm beynəlxalq reyslərində Ekonom, Premium Ekonom və Biznes sinif bilet tariflərinə şamil edilir, lakin vergi və yığımlara aid deyil. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir. Qeyd edək ki, endirimli biletlərin sayı məhduddur və yüksək tələbat dövrü istisna olunur.
Sərnişinlər bu kampaniya çərçivəsində Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edən çoxsaylı beynəlxalq istiqamətlərə daha sərfəli şərtlərlə səyahət etmək imkanı qazanırlar. AZAL bütün sərnişinlərini bu fürsətdən yararlanaraq payız və qış mövsümünü unudulmaz səyahətlərlə keçirməyə dəvət edir.
Aviabiletləri rəsmi saytdan, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb













