Şahin Mustafayev: Türk Akademiyasının ən mühüm layihəsi ortaq türk tarixinin yazılmasıdır
Bu gün Beynəlxalq Türk Akademiyası tərəfindən həyata keçirilən ən mühüm layihələrdən biri ortaq türk tarixinin akademik şəkildə yazılması layihəsidir.
"Report"un Türkiyə bürosunun məlumatına görə, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına" mövzusunda təşkil olunan paneldə çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu məsələ ilk dəfə Birinci Türkoloji Qutultay çərçivəsində gündəmə gətirililib:
"Türk dillərində terminologiyanın formalaşdırılması məsələsi də həmin qurultayda ən çox müzakirə olunan mövzulardan biri olmuşdur. Bu istiqamətdə Türk Akademiyasının genişmiqyaslı layihələri mövcuddur. Müxtəlif sahələr üzrə terminoloji lüğətlər hazırlanır və nəşr olunur. Bu lüğətlər doqquz türk dilini, eləcə də ingilis və rus dillərində terminləri əhatə edir. Hazırlanan bu terminoloji lüğətlər gələcəkdə ortaq türk terminologiyasının formalaşmasına və inkişafına ciddi töhfə verəcək mühüm elmi baza rolunu oynayır".
"Türk dünyasında mövcud olan arxeoloji və memarlıq abidələrinin geniş inventarı hazırlanıb və artıq üçcildlik nəşr kimi təqdim olunub. Ümumilikdə, bu gün türkologiya sahəsində həyata keçirilən bir çox təşəbbüslər məhz Birinci Türkoloji Qutultay zamanı müzakirə edilmiş və formalaşmış ideyalara əsaslanır. Bu baxımdan, həmin qurultay türk dünyasının intellektual, mədəni və tarixi inkişafında son dərəcə mühüm rol oynamışdır", - Ş. Mustafayev bildirib.
Oxşar xəbərlər
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
İş xanımı bunun üçün Özcan Denizə 5 milyon ödədi
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək













