Azərbaycanın bəzi rayonlarında yağış yağır - FAKTİKİ HAVA
Far.Az xəbər saytı

Azərbaycanın bəzi rayonlarında yağış yağır - FAKTİKİ HAVA


Milli Hidrometeorologiya Xidmətinin aprelin 19-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi qərb rayonlarında arabir yağıntılı olub.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Sədərəkdə 7, Ordubad və Şahbuzda 3, Şərur və Daşkəsəndə 2, Gəncə, Naxçıvan, Culfa, Gədəbəy, Naftalan, Şəmkir, Zaqatala və Tovuzda 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Xızıda 17 m/s-dək güclənir.

Lerik, Sabirabad, Biləsuvar, Göygöl, Şəmkirdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Oxşar xəbərlər

Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayram günlərinin hava proqnozu açıqlanıb
Bayram günləri HAVA NECƏ OLACAQ?
Bəzi rayonlara qar yağır, külək güclənir - FAKTİKİ HAVA - YENİLƏNİB
Bayramın bu günlərində YAĞIŞ YAĞACAQ - Tarixlərə görə PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər