Binəqədi-Balaxanı yolunda sürücülərin kabusu: Çuxurlar maşınları sıradan çıxarır
Far.Az xəbər saytı

Binəqədi-Balaxanı yolunda sürücülərin kabusu: Çuxurlar maşınları sıradan çıxarır


Binəqədi rayonu ərazisində, Binəqədi-Balaxanı yolu kimi tanınan hissədə yaranan çuxurlar sürücüləri ciddi narahat edir.

BAKU.WS ATV-yə istinadən bildirir ki, vətəndaşların sözlərinə görə, problem qısa zamanda həll olunmasa, zərərçəkənlərin sayı daha da arta bilər.

Binəqədi-Balaxanı yolunda hər gün yüzlərlə sürücü yolun bərbad vəziyyətindən əziyyət çəkir. Yolda yaranan çuxurlar avtomobillərin tez-tez nasaz hala düşməsinə səbəb olur. Sürücülər deyirlər ki, bununla yanaşı, xüsusilə, axşam saatlarında yolun yararsız vəziyyətdə olması uzun tıxaclara gətirib çıxarır.

Onların sözlərinə görə, bir çox avtomobilin alt hissəsi zədələnib, təkərləri və digər detalları sıradan çıxıb. Bəzi sürücülər isə avtomobillərinin təmiri üçün əlavə xərc çəkməli olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yollarda yaranan bu cür problemlər mərhələli şəkildə aradan qaldırılır.

Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə təxirəsalınmaz təmir-bərpa işləri davam etdirilir. Əlavə olunub ki, gündəlik həyata minimum maneə yaratmaq üçün təmir işləri əsasən gecə saatlarında, həmçinin həftəsonu və bayram günlərində icra olunur.

Qurum rəsmisi Anar Nəcəfli bildirib ki, yaxın günlərdə həmin əraziyə yeni asfalt örtüyü çəkiləcək.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər