Səfəvilərin türk irsi: Həqiqət uydurmalara qarşı
Far.Az xəbər saytı

Səfəvilərin türk irsi: Həqiqət uydurmalara qarşı


Azərbaycanın şimal və cənub bölgələrinin vahid mərkəzləşdirilmiş Səfəvilər dövləti çərçivəsində birləşdirilməsi bu ərazilərin daha sıx siyasi, iqtisadi, mədəni və etnik yaxınlaşması üçün möhkəm zəmin yaratdı.

Bu barədə Caliber.Az-ın "YouTube" kanalının yeni buraxılışında bəhs edilir.

"16-cı əsrdə onilliklər boyu davam edən feodal parçalanmadan sonra Azərbaycan öz dövlət bütövlüyünü bərpa etdi və Səfəvilər dövlətinin timsalında iqtisadiyyat və mədəniyyətdə mühüm irəliləyişlərə nail oldu. Bu dövləti Azərbaycanın feodal elitası - ilk növbədə əyanlar, əmirlər və hərbi elitası yaradıb.

Müasir azərbaycanlıların əcdadları olan qızılbaşlar yeni dövlətin hakim gücü oldular, onun əsas vəzifəsi həm öz xalqı, həm də sonradan fəth edilmiş Qafqazın bölgələri, eləcə də Mərkəzi Asiya və Yaxın Şərq ərazilərinin bir hissəsi üzərində qızılbaş əyanlarının hakimiyyətini gücləndirmək və genişləndirmək olub.

Bu günə qədər gəlib çatmış qiymətli yazılı mənbələr Səfəvilərin türk, xüsusən də Azərbaycan mənşəli olduğuna dəlalət edirlər" , - deyə videomaterialda bildirilir.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər