İranda Azərbaycan əleyhinə təbliğat üçün yeni bəhanə
Far.Az xəbər saytı

İranda Azərbaycan əleyhinə təbliğat üçün yeni bəhanə


Cari ilin noyabr ayında Bakıda keçiriləcək Avropa Ravvinləri Konfransı ilə bağlı xəbər İranda Azərbaycan əleyhinə təbliğat üçün yeni bəhanəyə çevrilib. Ölkə mediasında bu mövzu ətrafında geniş kampaniya başlanıb.

"Azad İran" "YouTube" kanalında yayımlanan yeni videotəhlildə bildirilir ki, çox zaman olduğu kimi, bu dəfə də İran ali rəhbərinin beynəlxalq məsələlər üzrə baş müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti önə çıxaraq özünün anti-Azərbaycan tezisləri ilə kampaniyaya yön verməyə çalışıb.

Məlumata görə, Vilayəti İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Fars" agentliyi üçün qələmə aldığı məqalədə şiə müsəlman ölkəsində yəhudi ravvinlərinin toplantısının keçirilməsindən təəccüb və təəssüf hissi duyduğunu bildirib. O, bunun "islama və şiələrin heysiyyətinə zidd" olduğunu vurğulayıb.

Keçmiş diplomat daha sonra Azərbaycan əhalisinə, xüsusilə dindar kəsimə istinad edərək, onların bu məsələdən narazı qalacağına inandığını yazıb. Məqalədə Vilayəti, həmçinin tarixi mövzulara toxunaraq Bizans, Səlcuqlar, Səfəvilər, Qacarlar, Şeyx Şamil və Azərbaycanın yetişdirdiyi görkəmli ruhanilərdən bəhs edib.

O iddia edib ki, "İrandan ayrıldıqdan və çar Rusiyasının işğalına məruz qaldıqdan sonra da islam dininə bağlılığını qoruyub-saxlayan, yenidən İrana qayıtmağa çalışan yeganə xalq Azərbaycan xalqı olub".

Daha ətraflı süjetdə:

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər