Çempionlar Liqası: "Qarabağ" "Benfika" səfərində tarixi qələbə qazanıb
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.
BAKU.WS xəbər verir ki, "Eştadiu da Luş" stadionunda reallaşan matç "köhlən atlar"ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.
Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.
Bundan sonra özündə güc tapan Azərbaycan çempionu matçda geri dönüş yarada bilib. İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran tablodakı rəqəmləri eyniləşdirib. "Qarabağ"ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.
***00:47
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda beşinci qol vurulub.
BAKU.WS xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 3:2.
86-cı-ci dəqiqədə Aleksey Kaşuk rəqib diqqət mərkəzinə düşüb.
***00:09
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.
BAKU.WS xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 2:2.
48-ci dəqiqədə Kamilo Duran rəqib komandanın qapısına yol tapıb.
***00:05
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
BAKU.WS xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahiblərinin hesabda üstünlüyü davam edir - 2:1.
***16.09.2025, 23:51
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
BAKU.WS xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə öndə yollanıblar.
***23:34
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
BAKU.WS xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb - 2:1.
30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.
***23:19
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri növbəti dəfə fərqləniblər - 2:0.
16-cı dəqiqədə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.
23:08
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda hesab açılıb.
BAKU.WS xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.
6-cı dəqiqədə Entso Barrenеçеа dəqiq zərbə müəllifi olub.
***23:00
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Benfika" (Portuqaliya) və "Qarabağ" komandaları arasında matç başlayıb.
BAKU.WS-in məlumatına görə, matç Lissabondakı "Eştadiu da Luş" stadionunda keçirilir.
Qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ" "Benfika" səfərində hesabda irəli çıxıb
Çempionlar Liqası: "Qarabağ" "Benfika" ilə matçda hesab arasındakı fərqi azaldıb
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
UEFA Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazanıb - YENİLƏNİB - 6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
Azərbaycanlı model rusiyalı aktrisa ilə evləndi
-
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
-
Suraxanıda narkokuryerdən 10 kiloqram MARİXUANA AŞKARLANDI
-
Tanınmış xanəndə özünə 257 000 AZN-lik avtomobil sifariş edib
-
Maşın qaçırtdı, adam bıçaqladı, faciəli şəkildə öldü - Gəncədəki hadisənin TƏFƏRRÜATI













