Aİ texnologiyaların maliyyələşdirilməsi üçün 50 milyard avroluq fond yaradır
Avropa Komissiyası (AK) 50 milyard avroyadək məbləğdə texnologiyaların maliyyələşdirilməsi üzrə suveren fondun (Sovereign Tech Equity Fund, STEF) yaradılmasını təklif edir.
Bu barədə "Report" AK-yə istinadən xəbər verir.
AK Avropanın kvant tədqiqatlarını məhsul və xidmətlərə çevirməyə, təchizat zəncirlərini gücləndirməyə və Avropa İttifaqının (Aİ) rəqəmsal sistemlərini post-kvant kriptoqrafiyasına hazırlamağa yönəlmiş yeni çərçivə proqramı olan "Kvant aktı"nı təklif edib.
"Kvant aktı" üç əsas istiqaməti nəzərdə tutur: qabaqcıl tədqiqatların inkişafı, kvant texnologiyalarının təcrübəyə tətbiqi, həmçinin sistemlərin və təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsi. Təklif həm də Texnologiya şirkətlərinin səhm kapitalı üzrə suveren fondunun yaradılması üçün təməl yaradır.
AK bildirib ki, bu istiqamətlər Aİ proqramlarını və milli təşəbbüsləri tədqiqat və sənaye sahəsində ümumi prioritetlər ətrafında birləşdirəcək "Kvant Avropası" təşəbbüsü çərçivəsində həyata keçiriləcək.
Qeyd olunub ki, kvant texnologiyaları müxtəlif sahələrə - peyksiz naviqasiyadan və dərmanların hazırlanmasının sürətləndirilməsindən tutmuş müasir akkumulyatorların və yeni nəsil qorunan rabitə sistemlərinin yaradılmasınadək əhəmiyyətli təsir göstərə bilər.
AK-nin texnoloji suverenlik, təhlükəsizlik və demokratiya məsələləri üzrə icraçı vitse-prezidenti Henna Virkkunen bildirib ki, kvant texnologiyaları sənayenin, təhlükəsizliyin və innovasiyaların gələcəyini müəyyən edəcək və cəmiyyətə dərin təsir göstərəcək.
Aİ STEF-i 2028-ci il yanvarın 1-dək işə salmağı və bura daxil olan ölkələr, həmçinin digər dövlət və özəl investorlarla birlikdə fondun iştirakçısı olmağı planlaşdırır.
Oxşar xəbərlər
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"













