Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
23 noyabr 2026-cı il tarixində Bir ekosisteminin rəhbəri Fərid Hüseynov və ekosistemin idarəetmə komandasının təmsilçiləri Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AFCA) Baş katibi Jiamning Qi-nin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Bir ekosisteminin baş ofisində keçirilən görüşdə X Beynəlxalq Bankçılıq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər. Heyətə AFCA rəhbərliyi ilə yanaşı, Çin Banklar Assosiasiyası, Çin Kənd Təsərrüfatı Bankı, "Tianfeng International Securities Group", Macarıstan Banklar Assosiasiyası və digər qurumların nümayəndələri daxil olub.
Qonaqlara Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan Bir-in fəaliyyəti, inkişaf modeli və rəqəmsal həlləri barədə təqdimat edilib. Ardınca tərəflər banklar və fintex şirkətləri arasında tərəfdaşlıq, rəqəmsal ekosistemlər, süni intellekt və digər innovativ həllər üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə Bir ekosisteminin beynəlxalq maliyyə qurumları ilə əlaqələrinin genişləndirilməsi və qlobal texnologiya trendləri üzrə təcrübə mübadiləsi imkanları diqqət mərkəzində olub. Eyni zamanda, Azərbaycanın Orta dəhlizdə tutduğu strateji mövqe, regional iqtisadi və nəqliyyat-logistika əlaqələrindəki rolu vurğulanmaqla, rəqəmsal ekosistemin inkişafı və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq perspektivləri qeyd olunub.
Qeyd edək ki, 2017-ci ildə yaradılmış və baş ofisi Pekində yerləşən AFCA 30-dan çox ölkədən maliyyə institutları arasında beynəlxalq əməkdaşlığı genişləndirmək, bilik mübadiləsini təşviq etmək və sektorda innovasiyaları dəstəkləmək məqsədilə fəaliyyət göstərir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"













