Azərbaycanda 1, 3 və 5 qəpikliklər daha çox harada işlənir? - RƏSMİ CAVAB
Son dövrlər cəmiyyətdə 1, 3 və 5 qəpikliklərin gündəlik ödənişlərdə real istifadəsi ilə bağlı suallar artır. Xüsusən də nağdsız ödənişlərin geniş yayılması fonunda insanların bu nominallardan daha az yararlandığı düşünülür.
Maraqlıdır, görəsən bu qəpiklərin dövriyyədə payı necə dəyişir?
Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankın mətbuat xidmətindən Far.Az-in sorğusuna cavab olaraq bildirildi ki, son illərin statistik göstəriciləri metal pul nişanlarının dövriyyədəki həcminin artım tendensiyasını təsdiqləyir.
Belə ki, 1, 3 və 5 qəpiklərin dövriyyədəki ümumi həcmi məbləğcə əvvəlki il ilə müqayisədə müvafiq olaraq 2023-cü ildə 9%, 2024-cü ildə isə 7.2%, 2025-ci ilin ilk 8 ayı ərzində isə ilin əvvəlinə nisbətən 5% artıb.
"Mərkəzi Bankda kiçik nominallı qəpiklərin gündəlik ödənişlərdə payı üzrə ayrıca uçot aparılmır. Bununla belə, mövcud məlumatlara əsasən, nağd pul dövriyyəsinin təxminən 0.05%-i 1, 3, və 5 qəpiklik metal pul nişanlarının payına düşür. Bu nominallar daha çox pərakəndə satış məntəqələrində əhali tərəfindən gündəlik ödənişlərdə istifadə olunur", - deyə AMB-nin məlumatında qeyd olunub.
Həmçinin vurğulanıb ki, mövcud iqtisadi şərtlər nəzərə alınaraq, onların dövriyyədə saxlanılması vacib hesab edilir. Bununla yanaşı, milli valyutanın nominal strukturu onun funksiyalarının daha səmərəli yerinə yetirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən mütəmadi olaraq təhlil olunur.
Rəqəmlər göstərir ki, gündəlik həyatda istifadəsi az görünsə də, kiçik nominallı qəpiklər hələ də tədavüldə aktiv qalmaqdadır.
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi artır - Faydası və riskləri nələrdir?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













