Türkiyəli nazir: Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarət artacaq
Far.Az xəbər saytı

Türkiyəli nazir: Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarət artacaq


Zəngəzur dəhlizinin açılması ilə Uzaq Şərqdən başlayaraq Avropaya uzanan Orta Dəhlizin canlanması və tranzit ticarətin artması mümkün olacaq.

Far.Az "Report" istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) Ankarada təşkil etdiyi "Körpü Azərbaycan - Türkiyə iqtisadi əlaqələri qala gecəsi"ndə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanla iqtisadi əlaqələrində inteqrasiyanı, yəni bütövlüyü hədəfləyir:

"İki dövlət, bir millət olan Türkiyə və Azərbaycan xalqları qardaşlıqdan da artıq bir yaxınlıq içərisindədir. Azərbaycandakı Türkiyə sevgisi tamam başqa bir şeydir, bunu şəxsən hiss edib, şahidi olmuşam. Nə xoş ki, hər iki ölkənin insanları sanki öz ölkələrində başqa bir vilayətə gedirmiş kimi çox rahat hərəkət edirlər. Uçuşlar çox sıx, məsafələr qısa, vaxt azdır və can Azərbaycan 32 illik işğaldan Qarabağı azad edib. İndi isə orada çox böyük bir investisiya qoyuluşu və yenidənqurma fəaliyyəti həyata keçirilir".

Türkiyəli nazir Azərbaycanın əhəmiyyətli bir strateji keçid nöqtəsi olduğunu vurğulayıb:

"Türkiyə xüsusilə enerji sahəsində Azərbaycandan xammal idxal edir. Biz sənaye məhsullarında və xidmətlərdə də Azərbaycana dəstək oluruq. Mərkəzi Asiyaya, Uzaq Şərqə açılarkən Azərbaycan bizim üçün çox mühüm bir strateji keçid nöqtəsidir. Zəngəzur dəhlizinin açılması ilə yaxın zamanda Türk dünyasının coğrafi baxımdan da bir-biri ilə bütövləşməsi, iqtisadi əlaqələrin inkişafı, Uzaq Şərqdən başlayaraq Avropaya uzanan Orta Dəhlizin canlanması və tranzit ticarətin artması mümkün olacaq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər