Türkiyədə yeni nazirlik yaradılır
Türkiyə Prezident Administrasiyasında yeni nazirliyin yaradılması müzakirə edilir.
Far.Az "Haber Global"a istinadən xəbər verir ki, bələdiyyələrə bağlı yanğınsöndürmə xidmətləri də daxil olmaqla, fəlakətlə əlaqəli dövlət qurumlarını birləşdirəcək Təbii Fəlakətlə Mübarizə Nazirliyinin yaradılması təklif olunub.
Yeni qurulacaq nazirliyin fəlakət risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, azaldılmasına yönəlik fəaliyyətlərin həyata keçirilməsi və nəzarət edilməsi ilə fəlakət zamanı və sonra həyata keçirilən müdaxilə işlərinin effektivliyinin artırılması üçün qurumların ixtisas sahələrini nəzərə alaraq səlahiyyət və məsuliyyətləri tənzimləməsi planlaşdırılır.
Təbii fəlakətlərə davamlı tikintilərlə bağlı qanunvericilik nəzərdən keçiriləcək, yeni tikilən bütün infrastrukturlarda təhlükələr hərtərəfli nəzərə alacaq.
Qurum, həmçinin iqlim dəyişikliyindən qaynaqlanan təhlükələrə dair regional səviyyədə xüsusiləşdirilmiş təlimatlar hazırlayacaq.
Fəlakət zamanı fasiləsiz xidmət göstərə biləcək kəsintisiz təhlükəsiz rabitə sisteminin yaradılması məqsədilə 81 bölgədə rəqəmsal radio infrastrukturunun qurulmasını tamamlayacaq.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













