Havalar qəfil soyudu - Sağlamlığımızı necə qoruyaq?
Son günlərdə ölkədə havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Qəfil soyuyan hava xüsusilə immun sistemi zəif olan insanlarda soyuqdəymə, qrip və digər mövsümi xəstəliklərin yayılmasına səbəb ola bilər.
Far.Az xəbər verir ki, bu cür dəyişkən hava şəraitində sağlam qalmaq üçün bəzi sadə, amma mühüm qaydalara əməl etmək vacibdir.
Nələrə diqqət etməliyik?
İsti geyinmək, amma tərləməmək şərti ilə
Havanın gündəlik dəyişkənliyini nəzərə alaraq, qat-qat paltarlar geyinməyə üstünlük verin. Geyim çox qalın olduqda tərləmə və sonra soyuqlama riski artır.
Orqanizmi rütubətdən qoruyun
Xüsusilə ayaqların və bel nahiyəsinin soyuqdan və nəmdən qorunması vacibdir. Nəmli ayaqqabı və geyimlərdən uzaq durmaq tövsiyə olunur.
İmmuniteti gücləndirən qidalar qəbul edin
Mövsüm meyvə-tərəvəzləri, C vitamini ilə zəngin qidalar, bal, limon, zəncəfil və ilıq bitki çayları gündəlik rasionda yer almalıdır.
Bol maye qəbul edin
Soyuq havalarda susuzluq hissi azalır, lakin bədən funksiyalarının düzgün işləməsi üçün maye qəbulu davam etməlidir.
Kütləvi yerlərdən mümkün qədər uzaq durun
Mövsümi virusların yayılmasının qarşısını almaq üçün insanların çox toplandığı qapalı məkanlarda uzun müddət qalmaq məsləhət deyil.
İstirahət və yuxuya diqqət yetirin
Yaxşı yuxu və düzgün istirahət bədənin müqavimətini artırır.
Mütəxəssislər onu da bildirir ki, bədənin hərarətini azca yüksəldən fiziki fəaliyyət - qısa gəzintilər, yüngül idman hərəkətləri qan dövranını yaxşılaşdırır və soyuq havaya adaptasiyanı asanlaşdırır.
Xatırladaq ki, xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliyi olan şəxslər üçün havanın qəfil soyuması daha təhlükəli ola bilər. Ona görə də bu günlərdə sağlamlığa daha həssas yanaşmaq vacibdir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayında hava iqlim normasından yüksək olacaq
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













