"Formula 2": Bakıda növbəti qəza baş verib, bolidlər toqquşub
Far.Az xəbər saytı

"Formula 2": Bakıda növbəti qəza baş verib, bolidlər toqquşub


Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza olub.

Far.Az report-a istinadən xəbər verir ki, bu dəfə iki bolid toqquşub.

"İnvicta Racing"dən Roman Stanekin avtomobili "Van Amersfoort Racing"dən Con Bennettin bolidinə dəyib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

*** 15:00

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində daha bir qəza baş verib.

Far.Az report-a istinadən xəbər verir ki, bolidlərdən biri sıralama turunda səddə çırpılıb.

"Art Grand Prix"dən Viktor Martins uğursuzluqla üzləşib.

Nəticədə qırmızı bayraq qaldırılıb və yarış müvəqqəti dayandırılıb. Onun bolidi trasdan götürülüb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Azərbaycan Qran-prisi: "Formula 2" yarışının qalibi bəlli olub - YENİLƏNİB
Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - YENİLƏNİB
DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər