Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb
Far.Az xəbər saytı

Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb


Rusiyanın Krasnodar diyarının Armavir şəhərində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Far.Az” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün Armavirdə “Qafqaz” magistralında “Kamaz” markalı yük maşınının sürücüsü işıqforun qarşısında dayanmış iki “Kamaz” markalı yük maşını və “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan iki sərnişin həlak olub”, - deyə məlumatda bildirilir.

Qəzanın təqsirkarı olan yük maşınının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İdarənin məlumatına görə, faktla bağlı “Yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan üç nəfərin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb.

Oxşar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB -2
Ukraynanın Krasnodarda bərəni vurması nəticəsində itkin düşənlərdən 17-si tapılıb, 2 nəfər axtarılır - VİDEO - YENİLƏNİB 3
Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 nəfər tapılıb - VİDEO - YENİLƏNİB 3
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB-3
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər