Deputat: Ailənin möhkəmliyi qadınların sağlamlığından keçir
Far.Az xəbər saytı

Deputat: Ailənin möhkəmliyi qadınların sağlamlığından keçir


Ailənin möhkəmliyi qadınların sağlamlığından keçir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli komitənin bugünkü iclasında deyib.

O, bu istiqamətdə parlamentin Səhiyyə komitəsi və aidiyyəti qurumların iştirakı ilə dinləmənin keçirilməsini təklif edib:

"Analara və uşaqlara göstərilən tibbi yardımın keyfiyyəti və əlçatanlıq artır. Ana ölümlərinin qarşısının alınması üçün göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, doğuş-doğuşayardım müəssisələrində bu işin təşkilindəki yeniliklərlə bağlı dinləmənin keçirilməsi, məncə, aktualdır".

O vurğulayıb ki, Milli Məclisin Səhiyyə komitəsi ötən sessiyada bölgələrin birində səyyar iclas keçirib:

"Bu, çox yaxşı təcrübə oldu. Hesab edirəm ki, Ailə, qadın və uşaq məsələləri komitəsi də bu cür iclas keçirsə, məqsədəuyğun olar".

Oxşar xəbərlər

Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
SOCAR "Uzbekneftegaz"ın əməkdaşları üçün təcrübə proqramları təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər