"Mercedes" pilotu Bakıdakı yarışda ikinci günün gərgin keçəcəyini düşünür
Far.Az xəbər saytı

"Mercedes" pilotu Bakıdakı yarışda ikinci günün gərgin keçəcəyini düşünür


"Formula 1" üzrə Azərbaycan Qran-prisinin ikinci günü çox gərgin keçəcək.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə "Mercedes"in pilotu Andre Kimi Antonelli açıqlama verib.

Gənc sürücü ötəngünkü ilk sərbəst yürüşləri özü üçün müsbət qiymətləndirib:

"Növbəti gün hər şey gərgin olacaq. Şəhər trasında tempi addım-addım qurmağa çalışıram. Düşünürəm ki, biz də sıralama turunda mübarizədə ola biləcəyik. "Ferrari" və "Maklaren"in sürətli tempinə baxmayaraq, iddialı çıxış edə biləcəyimizə inanıram".

Qeyd edək ki, bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək. Əsas yarış sentyabrın 21-də baş tutacaq.

Oxşar xəbərlər

F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
"Formula 1": "McLaren" pilotu Bakıda qalib olub, yarışın sonunda qəza baş verib - YENİLƏNİB - 5
"Formula 1": Bakıda doqquzuncu yarışa bu gün start veriləcək
"Formula 1" üzrə Azərbaycan Qran-prisi: "McLaren" pilotu liderliyi ələ keçirib - YENİLƏNİB - 2
DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər