KOBİA yerfındığı ilə bağlı daxili bazar araşdırması aparacaq
Far.Az xəbər saytı

KOBİA yerfındığı ilə bağlı daxili bazar araşdırması aparacaq


İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerfındığı ilə bağlı daxili bazar araşdırması aparmağa başlayır.

Far.Az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı elan edilmiş açıq tenderin qalibi "İnnovativ Trainings" MMC olub. Qalib şirkətdən alınan məsləhətə görə 162 min manat ödəniləcək.

Araşdırma mövsümi tələbat və ehtiyat toplama praktikasının olub-olmaması, yerli xammalın emal məhsullarında payı, yerfındığının yetişdirilməsi ilə əlaqədar subsidiya mexanizmlərinin mövcudluğu, yerfındığı və emal olunmuş məhsullar üzrə son 3 ilin idxal və ixrac statistikası, Azərbaycanda yerfındığının yetiştirilməsi üçün münbit regionlar və bu məhsullar üzrə istehsal potensialı, Azərbaycanda yerfındığı istehsalının həcmi kimi məsələləri əhatə edəcək.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Rəsmi servis, yoxsa "ölüxana"? - Sürücülərə aldanmamaq üçün MƏSLƏHƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər