Azərbaycanın İsrailə görə "Avroviziya"da iştirakdan imtinası ilə bağlı xəbərlər feykdir
Far.Az xəbər saytı

Azərbaycanın İsrailə görə "Avroviziya"da iştirakdan imtinası ilə bağlı xəbərlər feykdir


Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan dövləti adından "Avroviziya 2026"da İsrail yoxdursa, biz də yoxuq" başlığı ilə tirajlanan xəbərlər həqiqətə uyğun deyil.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Dubrovnik şəhərində 15–16 sentyabr tarixlərində keçirilən tədbirdə 6 ölkə - İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları rəsmi şəkildə bəyanat verərək bildiriblər ki, əgər İsrail yarışmaya buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.

Tədbir çərçivəsində bu kontekstdə hər hansı bir müzakirə aparılmayıb, eyni zamanda, digər ölkələr və Azərbaycan tərəfdən də qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya başqa şərh verilməyib.

2–4 dekabr tarixlərində Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq.Beləliklə, qərar müsabiqə rəhbərliyi tərəfindən deyil, məhz EBU üzvləri tərəfindən veriləcək.

Elə bu səbəbdən də təşkilatçılar yarışmadan maliyyə cəriməsi olmadan imtina üçün son tarixi 10 dekabradək uzadıblar.

Qeyd edək ki, Türkiyənin Akit televiziyası və ən böyük sosial media kanallarından olan "Baho" Azərbaycanın "Avroviziya 2026"da İsrail yoxdursa, biz də yoxuq" xəbərini paylaşıb

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər