Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin əməkdaşlığı çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb
Far.Az xəbər saytı

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin əməkdaşlığı çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb


Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əməkdaşlığı çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Modon"un sədri Cassem Mohammed Bu Ataba Al Zaabi "Şəhər içində şəhər" konsepsiyasının inkişafı üzrə əməkdaşlıq haqqında Sazişi imzalayıblar. Sazişin imzalanmasına Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov və BƏƏ-nin investisiya naziri Mohamed Hassan Alsuvaidi şahidlik ediblər.

Tədbirdə çıxış edən Mikayıl Cabbarov, Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli bu əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Daha sonra tərəflər arasında Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidməti üzrə Dövlət-özəl tərəfdaşlığı haqqında Saziş imzalanıb. Sənədi Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Marko Arçelli imzalayıblar.

Bununla yanaşı, emal olunmuş suyun alınması haqqında saziş imzalanıb. Sazişə ADSEA sədri Zaur Mikayılov, "Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marko Arçelli imza atıblar.

Digər mühüm sənəd - torpaq icarəsi haqqında saziş iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Marko Arçelli tərəfindən imzalanıb.

Sonda maliyyə naziri Sahil Babayev və Marko Arçelli dövlət zəmanəti haqqında sazişi imzalayıblar.

Bu sənədlərin imzalanması Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər