Vinisius Junior "Qızıl Top" səsverməsində 16-cı yeri tutdu
Madrid "Real"ının hücumçusu Vinisius Junior 2025-ci ilin "Qızıl Top" mükafatı üçün keçirilən səsvermədə 16-cı yeri tutub.
Far.Az xəbər verir ki, bu barədə mükafatın rəsmi sosial media səhifələrində məlumat verilib.
Səsvermədə 16-cı ilə 20-ci yerlər belə paylaşılıb:
16. Vinisius Junior ("Real", Braziliya millisinin üzvü)
17. Robert Levandovski ("Barselona", Polşa millisinin üzvü)
18. Skott Maktominay ("Napoli", Şotlandiya millisinin üzvü)
19. Joao Neves ("PSJ", Portuqaliya millisinin üzvü)
20. Lautaro Martinez ("İnter", Argentina millisinin üzvü)
"Qızıl Top" mükafatının təqdimetmə mərasimi 22 sentyabr 2025-ci il tarixində Parisdəki Şatle Teatrında keçiriləcək. Tədbir Moskva vaxtı ilə saat 22:00-da başlayacaq.
Xatırladaq ki, ötən il bu prestijli mükafatı "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanmışdı. "Qızıl Top" hər il dünyanın ən yaxşı futbolçusunu təyin etmək üçün verilir və səsvermədə jurnalistlər, məşqçilər və milli komandaların kapitanları iştirak edir.
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
“Qızıl top” mükafatının qalibi bəlli olub
İspaniya Superkuboku: “Barselona” “Real Madrid”i darmadağın edib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













