Saxta hesabla xəstə uşağı paylaşıb 10.000 manat pul yığdılar - 23 yaşlı oğlan saxlanıldı
Vətəndaşın azyaşlı övladının xəstəlik vəziyyətindən sui-istifadə edilərək sosial şəbəkələrdə fotosunun paylaşılması və bu yolla pul toplanılması ilə bağlı daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.
O, qeyd edib ki, araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Feyruz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10.000 manata yaxın ianənin toplandığı müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
***2025-09-22 saat - 13:01
Azərbaycanda azyaşlı xəstənin fotolarından istifadə olunaraq sosial şəbəkələrdə saxta hesabla pul yığılır.
Bu barədə uşağın anası Mirvari Turabova BAKU.WS-ə şikayətlə müraciət edib.
O, bildirib ki, naməlum şəxs onun qızı - anadangəlmə spina bifida xəstəliyindən əziyyət çəkən Mələk Turabovanın şəkillərini oğurlayaraq saxta instaqram səhifəsi açıb. Daha sonra həmin hesabda uşağın adı ilə izləyicilərdən maddi yardım toplanır.
"Qızımın müalicəsi üçün açdığımız səhifə var. Ancaq indi başqa birisi onun adından saxta hesab açaraq pul yığır" - deyə Mirvari Turabova bildirib.
Ana artıq məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsinin Buzovna Polis Bölməsinə şikayət edib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə açıqlamada bildirilib ki, vətəndaşın azyaşlı övladının naməlum şəxs və ya şəxslər tərəfindən "Instagram" sosial şəbəsində şəklinin paylaşılması və xəstəlik vəziyyətindən istifadə edilərək pul toplanması ilə bağlı Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciəti daxil olub. Müraciət əsasında həmin şəxsin müəyyən olunub saxlanılması üçün aidiyyəti qurumlara müvafiq sorğular göndərilib.
"Hazırda polis əməkdaşları tərəfindən zəruri təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir. Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağı, tanımadıqları şəxslərə etibar edib kart hesablarına pul vəsaiti köçürməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik", - deyə məlumatda qeyd olunub.
Banu Hüseynli
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
Xəstə uşağın fotosu ilə pul tələb etdi - "Ayağınızın altında ölüm, kömək edin..." - İşə polis qarışdı
"ABZASMEDiA"nın GÖRÜNMƏYƏN ÜZÜ: yarımmilyonluq qrant, qaçaq pullar, məxfi hesablar və s...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
Bakcell abunəçisi 6-cı lüks avtomobili qazandı!
-
2026-cı ildə Ukraynanı nə gözləyir?
-
Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb
-
Şəkəri necə mənimsəyirik və bu ömrümüzə necə təsir edir?













