"Qızıl top" mükafatının sahibi bəlli olub
"France Football" nəşrinin təşkil etdiyi ənənəvi "Qızıl top" mükafatlarının builki qalibləri Parisdə keçirilən təntənəli mərasimdə elan olunub.
BAKU.WS xəbər verir ki, kişilər arasında ilin ən yaxşı futbolçusu adına Fransanın PSJ klubunda çıxış edən hücumçu Usman Dembele layiq görülüb. Qadınlar arasında isə artıq üçüncü dəfədir ki, bu nüfuzlu mükafatı İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Aitana Bonmati qazanır.
Ən yaxşı gənc futbolçu mükafatı isə bu il də diqqət çəkən gənc istedada - "Barselona"nın və İspaniya millisinin parlaq üzvü Lamin Yamala təqdim olunub.
İlin məşqçiləri adına gəldikdə, kişilər arasında bu ada PSJ-nin baş məşqçisi Luis Enrike layiq görülüb. Qadınlar arasında isə İngiltərə millisinin çalışdırıcısı Sarina Vieqman mükafata sahib çıxıb.
Qapıçılar üçün nəzərdə tutulan "Lev Yaşin" mükafatı bu dəfə "Mançester Siti"nin və İtaliya millisinin qapıçısı Canluici Donnarummaya təqdim olunub. Donnarumma bu mükafatı PSJ-dəki çıxışı zamanı qazandığı nailiyyətlərə görə alıb.
Bütün bu uğurlara görə PSJ klubu da ilin ən yaxşı klubu elan edilib.
Xatırladaq ki, 2024-cü ildə "Qızıl top" mükafatına "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodri layiq görülmüşdü.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













