25 ölkənin XİN rəhbəri İsraildən Qəzzada tibbi dəhliz açmasını istəyib
Far.Az xəbər saytı

25 ölkənin XİN rəhbəri İsraildən Qəzzada tibbi dəhliz açmasını istəyib


25 ölkənin xarici işlər nazirləri və Avropa Komissiyasının Böhranlara Hazırlıq və Yardım üzrə komissarı Aca Ləbib İsrailə müraciət edərək Qəzzadan yaralıların təxliyəsinə imkan verəcək tibbi dəhlizin fəaliyyətə başlamasını tələb ediblər.

Far.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Bəyanatda vurğulanır: "Biz İsraili Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş İordan çayının qərb sahilinə tibbi dəhlizi bərpa etməyə çağırırıq ki, Qəzzadan tibbi evakuasiya bərpa olunsun və xəstələr Fələstin ərazisində çox ehtiyac duyulan müalicəni ala bilsinlər."

Sənədi imzalayanlar arasında Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İtaliya, Kanada, Kipr, Lüksemburq, Litva, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Xorvatiya, Finlandiya və İsveçrə XİN rəhbərləri ilə yanaşı Avropa Komissarı Aca Ləbib də yer alıb.

Oxşar xəbərlər

Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
14 fələstinli tələbə Azərbaycanda təhsil almaq üçün Qəzzadan təxliyə edilib
Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər