AQTA-da bir sıra kadr dəyişikliyi olub
Far.Az xəbər saytı

AQTA-da bir sıra kadr dəyişikliyi olub


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişikliyi olub.

Far.Az report-a istinadən xəbər verir ki, sədr Qoşqar Təhməzlinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb.

Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub.

H.Həsənova uzun illər televiziya sahəsində fəaliyyət göstərib. 2021-2025 illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nda baş direktorun katibliyində çalışıb.

Oxşar xəbərlər

Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər