Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
Far.Az xəbər saytı

Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb


Baş nazir Əli Əsədov Azərbaycanda rəsmi səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.

Bu barədə Far.Az-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan ilə Serbiya arasında fəal siyasi dialoqun qurulduğu qeyd edilib, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəklədiyi bildirib.

Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında rolu təqdir edilib. İki ölkə arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament platformaları çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan ilə Serbiya arasında ticarət-iqtisadi, investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər