

Leyla Əliyeva Sloveniya Prezidentinin həyat yoldaşı ilə görüşüb
Sentyabrın 25-də Nyu-Yorkda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qarşı tərəfin müraciəti əsasında Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musar ilə görüşüb.
Görüşdə Ales Musar Sloveniya Respublikasının Hökuməti tərəfindən 1998-ci ildə mina qurbanlarına dəstək məqsədilə yaradılmış "İnsan Təhlükəsizliyinin Artırılması" (ITF) adlı humanitar qeyri-kommersiya təşkilatının fəaliyyəti barədə məlumat verdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizin üzləşdiyi mina probleminə diqqəti çəkdi. Leyla Əliyeva qeyd etdi ki, minalar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə və "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması prosesinə ciddi maneə törədir. Buna baxmayaraq, Azərbaycan tərəfindən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyətinin aparıldığı və mina qurbanlarına dəstəyin göstərildiyi, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin həyata keçirildiyi bildirildi.
Söhbət zamanı dünyada su qıtlığı problemi, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı fikir mübadiləsi aparıldı, Sloveniyada keçirilən Bled Su Forumunun əhəmiyyətinə toxunuldu.
Görüşdə Azərbaycan ilə Sloveniya arasında bu sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olundu.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Dördüncü Ənənəvi Minifutbol Turnirinə start verilir
-
"Şəhər İçində Şəhər" – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri
-
Azərbaycanda bu şəxslərə "Əmək veteranı" adı və vəsiqəsi verilir
-
Azərbaycanlı müğənninin bağ evindən 20-30 000 AZN-lik qızılları oğurlandı
-
"Qarabağ" - "Kopenhagen" oyununun bu biletləri satışa çıxan kimi TÜKƏNDİ
-
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur