

Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovu aşkarlanıb
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirib.
Far.Az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, Mingəçevir su anbarında keçirilmiş növbəti reyd zamanı balıqovlama bileti olmadan qanunsuz ov edən bir qrup şəxs saxlanılıb. Yoxlama zamanı saxlanılan Yevlax rayonu Xanabad kənd sakinlərindən 2 ədəd dəmir qayıq, 4 ədəd avar, 51 ədəd sıf balığı, 191 ədəd şahmayı balığı, 8 ədəd çapaq, 10 ədəd daban balığı və 2 ədəd tor aşkar edilərək maddi sübut kimi götürülüb. Vətəndaşların qanunsuz ov nəticəsində təbiətə 8 715 manat dəyərində zərər vurduğu müəyyənləşib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində aparılan nəzarət tədbirləri zamanı qadağan olunmuş ov aləti - elektrik cərəyanı ilə balıq ovu edən şəxslər saxlanılıb. Qanunsuz ov edən Tovuz rayonunun Hunanlar kənd sakinlərindən 1 ədəd rezin qayıq, 2 ədəd domca, 2 ədəd elektrik akkumulyatoru və 93 ədəd xramulya balığı maddi sübut kimi götürülüb. Təbiətə dəymiş ziyanın məbləği 1023 manat qiymətləndirilib və faktla bağlı cinayət işi başlanıb.
Ümumilikdə, qanunsuz balıq ovunun qarşısının alınması zamanı təbiətə 9 198 manat zərər dəyməsi müəyyən edilib.
Oxşar xəbərlər
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Sosial şəbəkələr vasitəsilə qanunsuz nərə balığı və kürüsü satan şəxslər ƏLƏ KEÇDİ
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Azərbaycanda bank maşınları satışa çıxarıldı - 4 min manatdan başlayır
Azərbaycanda sentyabrın 1-dən balıq ovuna icazə veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Dördüncü Ənənəvi Minifutbol Turnirinə start verilir
-
"Şəhər İçində Şəhər" – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri
-
"Qarabağ" - "Kopenhagen" oyununun bu biletləri satışa çıxan kimi TÜKƏNDİ
-
Emin Ağalarov ABŞ-dəki evindən paylaşım etdi
-
Əli Əsədov Beynəlxalq Konkisürmə Birliyinin prezidenti ilə görüşüb
-
İranlı nazir: Gələn ay Bakıda Rəşt-Astara dəmiryolunun inşa vəziyyəti müzakirə ediləcək